Arif Paşa Ali Baş Komandana müraciət etdi: - Laçın Alayının bərpası ilə bağlı

1-10-2020, 09:11           
Arif Paşa Ali Baş Komandana müraciət etdi:
Polkovnik Arif Paşa sabiq komandiri olduğu Laçın Alayının bərpası üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Cebhe.info xəbər verir ki, Arif Paşa müraciətində “1945-ci ilin əvvəllərində bir zamanlar haqqlarında haqsızlıq edilmiş Jukov, Konev və Rakasovskinin Berlinə hücumuna xüsusilə imkan yaradıldı. Tarix və ədalətin bərpası naminə! Laçın Alayı barədə bu analogiyanı tətbiq edin, cənab Ali Baş Komandan!

Alayın bərpası barədə müraciətlərimizə müsbət cavab veriləcəyinə ümid edirəm! Ən ağır və təhlükəli əməliyyatların yerinə yetirilməsində bərpasına əmrinizin vacib olduğu Laçın Alayına güvənə bilərsiniz!”,- deyə vurğulayıb.

Xatırladaq ki, 27 sentyabrdan etibarən erməni təxribatının qarşısının alınması üçün Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru