"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."

24-10-2020, 07:37           
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
ABŞ-ın dövlət katibi Mayk Pompoe Twitter hesabında yazıb ki, bugün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrıca görüşdüm. Dağlıq Qarabağ münaqişəsində zorakılığın dayandırılması üçün kritik addımları müzakirə etdik. Hər iki tərəf atəşkəsi tətbiq etməli və substantiv (əsaslı) danışıqlara qayıtmalıdırlar.
Teref.az xəbər verir ki, ADR sədri, politoloq Qubad İbadoğlu bunu öz feysbuk hesabında yazıb. Daha sonra Qubad bəy yazır:
P.S. ABŞ-da nə gözlənilirdisə, onu da etdi, fəqli bir söz demədi, sadəcə anlatdı ki, özünüz bilərsiniz.
P.P.S. Vaşinqton görüşü ilə bağlı səhər müraciətimdə proqnozum 100 faizlə özünü doğrultdu. Belə yazmışdım: "Xüsusi gözləntilərə ehtiyac yoxdur, əlahiddə bir şey baş verməyəcək. Böyük ehtimalla burda da atəşkəsin icra olunmasından və danışıqların Minsk Qrupunun formatında davam etdirilməsindən bəhs ediləcək." Belə çıxır ki, Pompoe tvit atmamışdan əvvəl mənim postumu oxuyub.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.