Atəşkəsi Rusiya pozacaq- Ermənilərin əli ilə...

26-10-2020, 08:22           
Atəşkəsi Rusiya pozacaq-
Qubadlının qələbə sevincinin dadını çıxarmamış okeanın o tayından yeni xəbər gəldi. Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür ki, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər. Trampa twitterdə bunları yazdırmağa nail oldular: "Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm." Bu tvitdən açıq görsənir ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib.
Teref.az yazır ki,bu sözləri ADR sədri Qubad İbadoğlu deyib. Daha sonra Qubad bəy yazır:
ABŞ-da seçkiyə 1 həftə qaldı. Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Bidenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olursa olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi.
Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir. Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq. Ona görə də böyük ehtimalla Rusiya ermənilər vasitəsilə atəşkəsin pozulmasına nail olacaq.
Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram.
Növbəti müzakirə 29 oktyabrda olacaq. Həmin gün Cenevrədə Minsk Qrupunun həmsədrləri Xarici İşlər nazirləri ilə görüşəcək.
İnşallah, o zamana qədər də Azərbaycanın xilaskar ordusu Laçını və Kəlbəcəri də işğaldan azad edər. Yolları açıq və aydın olsun!
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.