Mətbuat Şurasının Qurultayında "Rəşad Məcidə səs verin" TƏLƏBİ OLUBMU?

26-09-2022, 16:10           
Mətbuat Şurasının Qurultayında "Rəşad Məcidə səs verin" TƏLƏBİ OLUBMU?
Sosial şəbəkələrdə Mətbuat Şurasının İdarə Heyətində edilən yeni dəyişikliklərin gözləntiləri doğrultmadığı bildirilir. İddia edilir ki, MŞ-də əvvəlki şəxslər, hətta vaxtilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova yaxın şəxslər təmsil olundu, seçkidən əvvəl siyahı tərtib edilib, eyni zamanda qurultay nümayəndələrindən Şuranın yeni sədri Rəşad Məcidə səs vermələri tələb olunub.

TEREF.AZ xəbər verir ki, R.Məcid Pravda.az-a açıqlamasında söylənənlərin şaiyə olduğunu deyib.

O bildirib ki, Şuranın İdarə Heyətinin, demək olar, yarıdan çoxu dəyişilib, yeni şəxslər gəlib: “Bu, seçkidir, o boyda proses gedib. Jurnalistlər 301 adamın adını çəkiblər, 28 nəfər jurnalist siyahısına düşüb, 18 nəfər də ictimiayyət nümayəndəsi kimi. Kim “siyahı” deyirsə, göstərsin. O siyahı kimdə olub? Heç bir siyahıdan söhbət gedə bilməz. Tanınan nə qədər redaktorlar var ki, İdarə Heyətinə düşməyiblər. Jurnalistlərin öz seçimləri olub. Düzdür, ayrı-ayrı qruplar var, təbliğat aparıblar, onların nümayəndələri İdarə Heyətinə düşüblər. Məsələn, Ceyhun Musaoğlu yaxşı təbliğat aparmışdı, İdarə Heyətinə düşdü. Eyni zamanda digər yeni media nümayəndələrimiz. İdarə Heyətində tanınmış şəxslər də var, yenilər də. Tam yenilənib. Mətbuat Şurası yeni heyətlə funksiyasını normal yerinə yetirmək əzmindədir. Hesab edirəm, Seçki Komissiyasının üzvləri də hamısı fərqli adamlar idi. Gördünüz ki, yeddidən doqquza artırıldı. Hamısı ümumi qərarla elan etdilər, vəssalam. Təkcə qurultaydan sonra Niyaz Niftiyevin ərizəsi oldu, bunun da izahını Mətbuat Şurası verib…”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.