İlham Əliyev Nikol Paşinyana niyə cavab vermir?

26-09-2022, 21:34           
İlham Əliyev Nikol Paşinyana niyə cavab vermir?
Nikol Paşinyan twit ataraq gileylənir ki, İlham Əliyev onun sualını cavabsız qoyub: "BMT-dəki çıxışımda mən sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində ərazi bütövlüyünü tanıyırmı? Əgər tanıyırsa, biz sülh müqaviləsi üzərində işləməyə başlaya bilərik. Təəssüf ki, müsbət cavab yoxdur. Sual oluna bilər ki, niyə?”
İlham Əliyev bu suala niyə cavab vermir? Əslində cavab verib. Deyib ki, Azərbaycanla Ermənistan arasında sərhədlər qeyri-müəyyən olduğuna görə hansı ərazinin hansı dövlətə məxsus olduğunu demək çətindir...
Ermənistan istəyir ki, beynəlxalq təzyiqlər vasitəsi ilə Azərbaycan Ermənistana aid olduğu iddia olunan ərazilərdən çıxsın. Azərbaycan tərəfinin isə belə bir fikri yoxdur. Əslində, 1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyasına mane olub. Bu problemi kökündən həll etmək lazımdır. Ermənistan isə bu işə qətiyyən maraq göstərmir...
Üstəlik, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyən mövqe sərgiləyir. Bu məsələ isə Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.