Araşdırma: Bakı milyonçusunun Türkiyədə mühacirətdə olan nəvəsi haqqında yeni bilgilər əldə olunub - FOTOLAR

25-07-2017, 08:55           
Araşdırma: Bakı milyonçusunun Türkiyədə mühacirətdə olan nəvəsi haqqında yeni bilgilər əldə olunub - FOTOLAR
Hacı Zeynalabdin Tağıyevin nəvəsi - Əbdürrəhman Tağıyev (Abdurrahman Taki)
Əbdürrəhman Tağıyev Hacı Zeynalabdin Tağıyevin birinci xanımı, Zeynəb xanımdan olan övladlarından İsmayıl Tağıyevin oğludur. 1920-ci ildən ömrünün sonuna qədər Türkiyədə Cümhuriyyətində mühacirət həyatı yaşamışdır. Türkiyədə Taki soyadı ilə yaşamışdır.

teref.az yazır ki, "Qarabağ Media" xəbər verir ki, bu barədə məlumatı Doktor Orxan Cəbrayıl öz facebook səhifəsində paylaşıb.Məlumatı olduğu kimi təqdim edirik.

Abdurrəhman Tağıyev 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı gimnaziyasını bitirmişdir. 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin təhsil almaq üçün xaricə göndərdiyi yüz tələbədən biridir. 1926-cı ildə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsini bitirmişdir. Həmin illərdə bolşevik hökumətinin Tağıyevlər ailəsinə qarşı olan təzyiqlər səbəbi ilə ölkəyə qayıtmamışdır.

1926-cı ildən Türkiyədə əmək fəaliyyətinə başlamışdıt. 1928-ci ilə qədər yol inşaatında tikinti şefi, Dövlət Dəmiryollarında mühəndis, 1928-1930-cu illər arasında Kayseri - Sivas dəmiryolu çəkilişində inşaat müdiri, 1930-1943-cü illər arasında Dövlət Dəmiryollarında sırasıyla yol müfəttişi, yol başmüfəttişi, Əskişəhər yol atelyesi müdiri, Ankarada dəmir körpülər fənn heyyəti müdiri vəzifələrində çalışmışdır. 1943-1947-ci illər arasında Cürek, Divrik, Ərzincan və Karabükdə müxtəlif yol, körpü, stansiya inşaatlarında baş mühəndis olaraq çalışmışdır. 1947-ci ildən 1952-ci ilə qədər əmək fəaliyyətini İstanbul Bələdiyyəsində davam etdirərk Eyyüp bölgəsinin tikinti planını hazırlamışdır. 1952-ci ildən "Yıldız Texniki Universitetində" dəmir yolları və torpaq işləri üzrə dərs demişdir. Yaş səbəbiylə Universitetdən ayrıldıqdan sonra İstanbul Liman İnşaatı bölgə müdirliyində yoxlama mühəndisi, "Simel Limitet İnşaat" şirkətində Baş mühəndis vəzifəsində çalışmışdır.

Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvü olmuşdur.

Əbdürrəhman Rağıyev 1983-cü ildə İstanbul şəhərimdə vəfat etmişdir.

Faika Onatla ailə həyatı qurmuşdur. 1932-ci ildə Sona adlı bir qızı olmuşdur. Həyat yoldaşı Faika Taki 1990-cı ildə vəfat etmişdir. Qızı Sona xanımın həyat yoldaşı 1983-1986-cı illərdə Türkiyənin Dövlət Bakanı vəzifəsini icra etmiş Prof. Dr. Mehmet Nimet Özdaşdır. Qızı Sona Özdaş 2011-ci ildə, kürəkəni Mehmet Nimet Özdaş 2014-cü ildə vəfat etmişdir. Orxan və Mehmet Özdaş adında iki nəvəsi vardır. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayırlar.

Əbdürrəhman Tağıyev (Taki)

Əbdürrəhman Tağıyev Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvləriylə

Əbdürrəhman Tağıyev Türkiyə İnşaat Mühəndisləri Birliyinin üzvləriylə

Əbdürrəhman Tağıyevin vəfatıyla bağlı Milliyət qəzetində elan

Əbdürrəhman Tağıyevin qızı Sona Özdaş












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.