ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb

15-05-2019, 12:52           
ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb
ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə Federal Mərkəzin yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir.

İnfeksiyanın yayılma mənbəyi kimi dükanlarda satılan mal ətindən hazırlanmış farş göstərilir. Bununla əlaqədar olaraq ticarət şəbəkələrindən 75,5 ton mal əti yığışdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.