Səudiyyə Ərəbistanı Yəmən husilərinə məxsus iki PUA-nı məhv edib

16-07-2019, 07:20           
Səudiyyə Ərəbistanı Yəmən husilərinə məxsus iki PUA-nı məhv edib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən husilərinə məxsus iki pilotsuz uçan aparatı (PUA) məhv edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı hərbi alyansa istinadən məlumat yayıb.

Məlumata görə, husilərin krallıq istiqamətində buraxdıqları PUA-lardan biri Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən hələ Yəmən ərazisində olarkən vurulub. Digər PUA isə Hamis-Muşait sərhəd şəhəri yaxınlığında məhv edilib. Onun qalıqları yaşayış rayonlarından birinə düşüb.

İnsident nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.