Şirvanda toyda zəhərlənənlərin bəzilərinin adları məlum olub - VİDEO - YENİLƏNİB-3

20-07-2019, 07:33           
Şirvanda toyda zəhərlənənlərin bəzilərinin adları məlum olub - VİDEO - YENİLƏNİB-3
Şirvan şəhərində toy mərasimi zamanı zəhərlənən şəxslərin bəzilərinin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı Hacıqabul rayon sakinləri - 1968-ci il təvəllüdlü Seyidsəkinə Miryaqub qızı Dostəliyeva, 1957-ci il təvəllüdlü Züleyxa Ağaməmməd qızı Həsənova, 1961-ci il təvəllüdlü Fəridə Əsəd qızı Şıxəliyeva, Şirvan şəhər sakinləri - 1964-cü il təvəllüdlü Arzu Bəhlul qızı Süleymanova, 1977-ci il təvəllüdlü Aynurə Asif qızı Ağayeva zəhərləniblər.

***22:35

Video əlavə olunub

***22:02

Şirvanda toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.

“Report” Dağlıq Şirvan bürosu xəbər verir ki, zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

***21:33

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

"Report"un Dağlıq Şirvan bürosu xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 10 nəfərdən çox xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.