Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.

20-07-2019, 19:05           
Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.
İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.

Bahalaşma bu ölkədə fəaliyyət göstərən SOCAR Georgia şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.

Hazırda ölkə ərazisində 1 litr benzinə olan qiymət 2,53-2,59 lari arasında dəyişir.

Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.(APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.