Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib

13-08-2019, 07:30           
Suriya ordusu 3 səhra komandirini zərərsizləşdirib
Suriya ordusu qanunsuz silahlıların İdlib vilayətindəki Xan-Şeyxune şəhərindəki mövqelərinə hücum edib.

Bu barədə "Report" "Al-Masdar"a istinadən xəbər verir.

Bildirilir ki, hərbçilər "Ceyş əl-Əhrar" ekstremist qruplaşmasının 3 səhra komandirini məhv edib. Silahlılar Sukeyka şəhərində öldürülüblər.

Xəbərdə həmçinin qeyd edilir ki, hökumət qüvvələri əməliyyatın sonunda düşmənin müdafiə xəttini yarıblar.

"Ceyş əl-Əhrar" ekstremist qruplaşması "Cəbhət ən-Nüsrə"nin mövqeyində döyüşərək bu terror qruplaşmasını müdafiə edir.

Daha əvvəl Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.