ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb

18-10-2019, 07:45           
ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb
ABŞ-da elektron siqaretlə bağlı ("veypinq" - red) xəstəliklərlə əlaqədar ölüm hadisələrinin sayı 30-u ötüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hökuməti yanında Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (CDC) bildirib.

Qeyd edilir ki, xəstələnənlərin sayı 1,5 min nəfərə çatır.

CDC-ın məlumatına görə, oktyabrın 15-də 24 ştatda 33 ölüm hadisəsi qeydə alınıb. Alyaska istisna olmaqla, "veypinq"lə bağlı xəstəliklər 49 ştatda aşkarlanıb.

Xəstəliyin səbəbi indiyə qədər məlum deyil.

Daha əvvəl bildirilirdi ki, ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub. Həkimlər elektron siqaretdən istifadə edərək ciyər xəstəliyindən əziyyət çəkənlərdə pnevmoniyaya oxşar - öskürəyə, çətin nəfəsalma və sinə ağrıları əlamətlərini qeydə alıblar.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.