Dəhşət: Bakıda “KamAZ” iki tələbənin üstündən keçdi - HADİSƏ ANI - VİDEO

11-12-2019, 01:35           
Dəhşət: Bakıda “KamAZ” iki tələbənin üstündən keçdi - HADİSƏ ANI - VİDEO
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
"Yeni Sabah" xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb. /APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.