Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb

14-12-2019, 10:56           
Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.