Rusiyada sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı

3-07-2020, 09:27           
Rusiyada sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı
Rusiyada Moskva şəhərinin Vnukovo Hava Limanından Maqasa uçan təyyarə quş dəstəsinə çırpılıb.

REN TV xəbər verir ki, “UTair” şirkətinə məxsus təyyarə hadisədən sonra normal rejimdə eniş edə bilib.

Quşlarla toqquşma təyyarənin təyin olunmuş hava limanına artıq eniş etdiyi zaman baş verib. Bundan sonra sol qanadın yarısında quşların izləri qalıb.

Hadisə baş verdiyinə görə, hava gəmisinə baxış keçirəcək aviatexnikanın gəlişinə qədər Moskvaya qayıdış reysinin təxirə salınmasına qərar verilib.oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru