Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ

10-07-2020, 21:00           
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
“Sərt karantin rejimi tətbiq edilən rayonların sayının artırılması epidemioloji vəziyyətdən asılıdır”.



Teref.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.



O bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların siyahısı dəyişə bilər:



“Epidemioloji vəziyyətlə bağlı siyahıya əlavələr və çıxarılmalar ola bilər. Siyahıda olmayan şəhər və rayonlarda epidemioloji vəziyyət nəzarətdədir. Əgər dinamika pozularsa, siyahıya yeni ərazilər əlavə edilə bilər”.Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru