Pensiya alanlara MÜHÜM XƏBƏR

15-09-2020, 17:55           
Pensiya alanlara MÜHÜM XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb.

Teref.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də sentyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını “Beynəlxalq Bank”dan və “Kapital Bank”dan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar sentyabrın 10-da ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru