Bandotdel "Günay Sığorta"da yoxlamalara başladı - Araşdırma Aparılır

27-10-2020, 10:57           
Bandotdel "Günay Sığorta"da yoxlamalara başladı -
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) məşhur şirkətlə bağlı araşdırmalara başlayıb.

FED.az xəbər verir ki, Mubahise.az-ın əldə etdiyi məlumata görə, Bandotdel sığorta sahəsində tanınan “Günay Sığorta” şirkəti ilə bağlı yoxlamalara başlayıb.

Belə ki, tanınmış “Ferrini” paltar mağazası “Günay Sığorta” şirkətində məhsullarını sığortalatdırıb. Lakin avqust ayında həmin mağazanı su basdığı üçün mallar məhv olub və qanunvericiliyə uyğun olaraq həmin mağazaya külli miqdarda sığorta ödənişi verilməlidir. Lakin sığorta şirkətinin rəhbərliyi bu ödənişi etməməyə cəhd edərək bağlanan müqavilədə səhvlər axtarmağa başlayıb.

Bundan sonra şirkət tərəfindən edilən şikayət əsasında “Günay Sığorta”nın tələb olunan kapital və məcmu kapitalı ilə bağlı “Bandotdel”də yoxlamar başlayıb. Araşdırma davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.