London hava limanında iki sərnişin təyyarəsi toqquşub

29-09-2022, 10:14           
London hava limanında iki sərnişin təyyarəsi toqquşub
Londonun Hitrou hava limanında iki sərnişin təyyarəsi toqquşub.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Bu barədə hava limanının administrasiyası məlumat yayıb.

“Təcili yardım xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insidentin baş verdiyi yerə gəlib. Tələfat barədə məlumat yoxdur, lakin xidmətlər bütün sərnişinlərin və ekipaj üzvlərinin özlərini yaxşı hiss etdiyinə əmin olmaq istəyir”, - Hitrounun sözçüsü bildirib.

Qeyd edək ki, uçuş-enmə zolağında toqquşan təyyarələr “Icelandair” və “South Korean Air” aviaşirkətlərinə məxsus olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.