Balıq tutmaq istəyən uşağın ovuna köpək balığı çıxdı - VİDEO

2-02-2023, 12:38           
Balıq tutmaq istəyən uşağın ovuna köpək balığı çıxdı - VİDEO
Sualtı ovdan sonra qayığa çıxmaq istəyən səkkiz yaşlı avstraliyalı uşaqla köpək balığının qarşılaması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Görüntülər Kvinslend ştatının Ledi Masqreyv adasında qeydə alınıb.

Kadrlar Manni adlı uşağın okeandan vurduğu balığı nümayişkaranə şəkildə qayığa atması ilə başlayır. Elə həmin an qəfildən bir köpək balığı peyda olur və uşağın sinəsinə çırpılır.

Məlumata görə, uşaq xəsarət almayıb.

“Bir az sinəm ağrıdı, ancaq bu qədər”, - deyə uşağın özü olanlar barədə danışıb.

Mannidən bu hadisədən sonra okean qorxusunun yaranıb yaranmadığı soruşulduqda isə o, dalmağa davam edəcəyini bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru