Donetskdə işğalçıların komanda məntəqəsi və sursat anbarları vuruldu – Şiddətli döyüşlər davam edir

3-02-2023, 13:25           
Donetskdə işğalçıların komanda məntəqəsi və sursat anbarları vuruldu –
Ötən sutka ərzində Ukrayna ordusu Luqansk və Donetsk vilayətlərinin 10 yaşayış məntəqəsində rus işğalçılarının hücumlarını dəf edib.

“AzPolitika.info" “Unian” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda əlavə edilir ki, ağır itki verən düşmən Liman, Baxmut, Avdeyev və Novopavlov istiqamətlərində hücum əməliyyatlarını dayandırmır.

“Son 24 saat ərzində Ukrayna ordusunun bölmələri Luqansk vilayətinin Stelmaxivka, Nevskoye və Beloqorovka yaşayış məntəqələri və Verxnekamenskoye, Nikolaevka, Krasnaya Qora, Paraskovievka, Baxmut, İvanovskoye və Kurdyumovka ərazilərində işğalçıların hücumlarını dəf edib”, - Baş Qərargahdan bildiriblər.

Volınski, Polesski, Severski və Slobojanski istiqamətlərində vəziyyət sabitdir, düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib. İşğalçılar Çerniqov, Sumı və Xarkov vilayətlərinin 21 yaşayış məntəqəsinin ərazilərini atəşə tutublar.

Novopavlovski istiqamətində işğalçılar Donetsk vilayətində beş yaşayış məntəqəsini, Zaporojye və Xerson istiqamətlərində isə 40-dan çox yaşayış məntəqəsi minaatan, top və raket artilleriyasından atəşə tutulub.

Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası işğalçıların cəmləşdiyi dörd ərazini vurub. Nəticədə düşmənin komanda məntəqəsi və sursat anbarları darmadağın edilib.

Baş Qərəgah bildirir ki, Rusiya Ukraynanın kommunal infrastrukturunu məhv etmək niyyətindən əl çəkmir, mülki obyektlərə və dinc əhalinin yaşadığı binalarına zərbələr endirməkdə davam edir. Ötən sutka ərzində rus işğalçıları Ukrayna ərazisinə dörd raket və beş hava zərbəsi endirib. Baxmut şəhərində iki norveçli tibbi könüllü atəşə tutulub və yaralanıb.

Rasim Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.