Azərbaycan himninin oxunduğunu görəndə... - Vasileva

22-04-2019, 07:39           
Azərbaycan himninin oxunduğunu görəndə... - Vasileva
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində həm fərdi gimnastlarımız, həm də komandamız uğurlu nəticə əldə etdilər. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi və inamı olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik. Ona görə də federasiyaya öz minnətdarlığımı bildirirəm. Həmçinin qazanılan uğurlara görə bütün heyətə təşəkkür edirəm.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

“Arenadakı azarkeşlər bizi sonacan dəstəklədilər. Bütün tamaşaçıların bizim ölkənin şərəfinə ayağa qalxdığını, onların Azərbaycanın dövlət himnini səsləndirdiyini görəndə gözlərim qürurdan yaşardı. Ümid edirəm ki, gələn həftə keçiriləcək bədii gimnastika üzrə dünya kubokunda senyorkalardan ibarət komandamız, o cümlədən fərdi proqramda çıxış edəcək Veronika Qudis və Zöhrə Ağamirova da bizi sevindirəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.