Arda Turandan bəd xəbər gəldi – “Başakşəhər”dən ayrıla bilər

15-11-2019, 00:00           
Arda Turandan bəd xəbər gəldi – “Başakşəhər”dən ayrıla bilər
Məşhur futbolçusu Arda Turan “Başakşəhər” futbol komandası ilə yollarını ayıracaq.

Buna səbəb Arda Turanın son zamanlar zəif oyun göstərməsi olub.

Belə ki, ilin sonunda müqavilə vaxtı bitən futbolçu ilə yenidən müqavilə bağlanmayacaq.

“Başakşəhər “də 14 nömrəli forma geyinən futbolçu 2,5 illik müqaviləyə qol çəkib.

İllik maaşı isə 4 milyon avro təşkil edib.

Arda Turan “Başakşəhər”də ən yüksək ödəniş təqdim edilən futbolçudur.

Qeyd edək ki, Arda Turan 2015-ci ildə 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru