“Barselona” Dembeleni transferə çıxarıb

7-06-2020, 08:45           
“Barselona” Dembeleni transferə çıxarıb
İspaniyanın “Barselona” Futbol Klubu (FC Barcelona) Usman Dembeleni transferə çıxarıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Diario Sport” qəzeti məlumat yayıb.

Mənbəyə görə, klub fransız futbolçunu yayın sonunda satmaq niyyətindədir. Transfermarkt portalı oyunçunu 56 milyon avro dəyərində qiymətləndirir.

23 yaşlı Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir.

Bu mövsüm bütün turnirlərdə İspaniya klubu üçün 9 matç keçirən futbolçu bir qol vurub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.