Riyazi şansı qalıb, ÇL-i qazanmalıdır ki...

30-06-2020, 16:17           
Riyazi şansı qalıb,
"Barselona” baş məşqçisi Kike Setenlə mövsümün sonunda yolları ayıra bilər. Kaspi.az xəbər verir ki, "Barselona”da direktorlar şurasının iclası keçirilib. İclasda komandanın son dönəmdəki uğursuzluğu müzakirə edilib. Rəsmilər komandanı n oyun keyfiyyətinin aşağı düşdüyünü bildiriblər. Onlar Kikenin paltardəyişmə otağı ilə əlaqəsinin itməsindən də narahat olduqlarını bildiriblər. İclasda qərar qəbul edilib ki, vəziyyəti daha da dramatikləşdirməmək üçün ictimaiyyət qarşısında Kikeyə dəstək nümayiş etdirilsin. Amma vəziyyət daha da pisləşərsə, onu "Barselona B” komandasını çalışdıran Xaviq Qarsiyanın əvəzləməsi variantı da nəzərdən keçirilib. Amma iclasda qeyd olunub ki, Setenin klubda qalmaq üçün riyazi şansları da var. Bunun üçün "Barselona” Çempionlar Liqasını qazanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru