"Beşiktaş"dan gözlənilməz məğlubiyyət

8-07-2020, 00:02           
"Beşiktaş"dan gözlənilməz məğlubiyyət
Türkiyə Superliqasında 30 cu turun oyunlarına yekun vurulub. Beşiktaş Kayserispora sürpriz şəkildə məğlub olub.

Audsayder Kayserisporla oyun Beşiktaş üçün böyük önəm kəsb edirdi. Görüşün aşkar favoriti sayılan İstanbul nəhəngi qələbə qazancağı təqdirdə 4 cü pillədə qərarlaşan Qalatasarayı geridə qoyacağdı. Lakin Kayseridə sürpriz qeydə alındı. İlk yarıda bir neçə real qol imkanın boşa verən Beşiktaş ikinci yarının əvvəlində hesabda geri düşdü. Beşiktaşlı futbolçunun top itkisi Hüseyn Akarın qol sükutunu pozması ilə nəticələndi. Lakin tezliklə toparlanmağı bacaran qonaqlar 74 cü dəqiqədə hesabı bərabərləşdirdi. Müdafiəçilərin nəzarətsiz qoyduğu Atiba Hatcinson tarazılığı bərpa etdi. Gəl ki, ruhdan düşməyən Kayserispor cəmi 3 dəqiqə ərzində 2 qol vurmaqla oyunun axarını tamamilə dəyişdi. 83 cü dəqiqədə Hüseyn Akar çərimə zərbəsindən gözəl qol vurmaqla dubla imza atdı. 2-1 86 cı dəqiqədə isə Artem Kravets matçda son nöqtəni qoydu. 3-1 Bu qələbə sayəsində Kayserispor audsayderlər qrupundan bir qədər uzaqlaşdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.