"Mançester Siti"nin ÇL-dən kənarlaşdırılması qərarı ləğv olunur

11-07-2020, 00:05           
"Mançester Siti"nin ÇL-dən kənarlaşdırılması qərarı ləğv olunur
"Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunacaq.

Qol.az xəbər verir ki, bu barədə "BBC Radio Manchester"in keçmiş müxbiri İan Çizmen özünün "Tvitter" hesabında yazıb.

O, İdman Arbitraj Məhkəməsinin (CAS) klubun müraciətini təmin edəcəyini bildirilib. Jurnalist CAS-ın bununla bağlı qərarını iyulun 13-ü rəsmən açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılıb və 30 milyon avro məbləğində cərimələnib.
Əlavə edək ki, Pep Qvardiolanın komandası hazırda İngiltərə Premyer Liqasında 69 xalla 2-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru