"Borussiya" "Mançester Yunayted"dən 120 milyon avro tələb edir - Güzəşt olmayacaq

29-07-2020, 18:38           
"Borussiya" "Mançester Yunayted"dən 120 milyon avro tələb edir - Güzəşt olmayacaq
Dortmund "Borussiya"sının vinqeri Ceydon Saçonun "Mançester Yunayted"ə keçidi reallaşmaya bilər.

Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, "Borussiya" Sançoya görə 120 milyon avro tələb edir. "Sarı-qaralar" qiymətdə güzəştə getməyəcəklərini bildirib.

MY keçidi 100 milyon avrodan aşağı qiymətə rəsmiləşdirmək niyyətində idi.

Transferin bu yay həyata keçmək ehtimalı azdı. "Qırmızı şeytanlar"ın 10 avqusta qədər vaxtı var. "Borussiya" sözügedən tarixdə yeni mövsüm hazırlıqlarına başlayacaq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.