DÇ-2022: Bu gün 1/8 finalın daha 2 oyunu keçiriləcək

5-12-2022, 11:24           
DÇ-2022:
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək. ABŞ-dan olan FIFA referisi İsmail Elfatın idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi fransalı Kleman Türpen olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaq.

DÇ-2022

1/8 final mərhələsi

5 dekabr

19:00. Yaponiya - Xorvatiya

Baş hakim: İsmail Elfat (Braziliya)

“Əl Cənub” stadionu

23:00. Braziliya - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

“974” stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.