“Bayern” Nagelsmanı istefaya göndərdi

24-03-2023, 12:04           
“Bayern” Nagelsmanı istefaya göndərdi
Yulian Nagelsman “Bayern”in baş məşqçisi postunu tərk edir.

Məlumata görə, klub rəhbərliyi 35 yaşlı mütəxəssisi işdən çıxarmaq qərarına gəlib. Bildirilir ki, hazırda mövsümün əvvəlində “Çelsi”dən qovulan Tomas Tuxel bu yerə əsas favorit hesab olunur.

Qeyd edək ki, “Bayern” 2022-ci il Dünya çempionatı fasiləsindən sonra Dortmund “Borussiya”sı ilə doqquz xallıq fərqi qoruya bilməyib və Bundesliqanın 25-ci turunda ikinci pilləyə düşüb. Bu, klub menecerlərinin qəzəbinə səbəb olub.
Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru