İspaniya millisinin yeni kapitanları - SİYAHI

24-03-2023, 10:44           
İspaniya millisinin yeni kapitanları - SİYAHI
İspaniya millisinin yeni kapitanı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb.

Millinin kapitanı Alvaro Morata olacaq.

Yeni baş məşqçi Luis de la Fuente kapitanları millidə ən çox oyun keçirən futbolçular arasından seçir. Avro-2024-ün seçmə mərhələsində Norveç (25 mart) və Şotlandiya (28 mart) ilə oyunlara çağırılan futbolçulardan Morata millidə ən çox oyun keçirən futbolçudur - 61.

İkinci və üçüncü kapitanlar isə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri (39 oyun) və “Real”ın müdafiəçisi Dani Karvaxal (33) olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.