Daha bir idmançıda dopinq aşkarlamdı – Azərbaycanda

21-06-2016, 02:04           
Daha bir idmançıda dopinq aşkarlamdı – Azərbaycanda
Azərbaycanın daha bir ağırlıqqaldıranında dopinq aşkarlanıb

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən atletlərin siyahısını açıqlayıb. “Report”un məlumatına görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançılar arasında Azərbaycan təmsilçisi İntiqam Zairov da var.
O, həmin olimpiadada 85 kq çəki dərəcəsində çıxış edib və iki hərəkətin cəmində 361 kq (birdən 166 kq, təkanla 195 kq) nəticə ilə 9-cu yeri tutub. Təkrar yoxlama zamanı ağırlıqqaldıranımızın dehidroxlorometiltestosteron qəbul etdiyi üzə çıxıb.
Zairov bir neçə gün öncə 2023-cü ilin sonlarınadək bütün yarışlardan kənarlaşdırılıb. Amma onun 8 illik cəzasına 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən dehidroxlorometiltestosteron və nandrolon, 2013-cü il Avropa çempionatında isə dehidrometiltestosteron aşkarlanması ilə bağlı olub.
“Pekin-2008″də çıxış etmiş ağırlıqqaldıranlardan daha 6-nın – Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) təkrar dopinq analizi müsbət nəticə verib. Onlar qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırılıblar.
Qeyd edək ki, Pekin olimpiadasında İlya İlyin (94 kq) qızıl, Marina Şainova (58 kq) gümüş, Nadejda Yevstuxina (75 kq) bürünc medal qazanıb, Aleksandru Dudoqlo (69 kq) 9-cu, Hripsime Xurşudyan (75 kq) 11-ci yeri tutub, Nurcan Taylan (48 kq) isə heç bir nəticə göstərə bilməyib. Onların nəticələri ləğv olunsa, hazırda karyerasını başa vurmuş Nizami Paşayev 94 kq çəkidə 4-cü pilləyə yüksələcək.
Qeyd edək ki, daha öncə IWF Azərbaycanın 6 ağırlıqqaldıranını uzun müddətə diskvalifikasiya edib. İntiqam Zairovdan əlavə, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev və Valentin Xristov 8 il (dekabr, 2023), Dadaş Dadaşbəyli 4 il (dekabr, 2019) müddətinə bütün yarışlardan kənarlaşdırılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.