Mahirin oynadığı qarşılaşmada “Konyaspor” xal itirdi

3-06-2023, 20:54           
Mahirin oynadığı qarşılaşmada “Konyaspor” xal itirdi
Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Fatih Karagümrük”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Mahir də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. “Konyaspor” hazırda 50 xalla 7-ci pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.