Çində gecə klubu çökdü - Ölənlər var

20-05-2019, 09:48           
Çində gecə klubu çökdü - Ölənlər var
Hadisə gecə Baysı şəhərində saat 1:00 radələrində baş verib

Çinin Quansi Cuan muxtar regionunda gecə klublarının birinin damının çökməsi nəticəsində 2 nəfər ölüb, 77 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə gecə Baysı şəhərində saat 1:00 radələrində baş verib. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Bundan başqa, 7 nəfər ciddi xəsarət alıb.

Hadisə yerində polislər, yanğınsöndürənlər və təcili yardım briqadalar cəlb olunub.

Hadisə yerində axtarış işləri aparılır. Dağıntı altından yaralı və ölülərin tapılması ehtimalı böyükdür.

Bildirilir ki, 700 kvadratmetr sahəsi olan gecə klubu üçmərtəbəli metal konstruksiya binanın ən yuxarı qatında yerləşib.(AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru