Bakıda 27 yaşlı gənc qəza zamanı iki maşının arasında qalıb

12-09-2019, 07:01           
Bakıda 27 yaşlı gənc qəza zamanı iki maşının arasında qalıb
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda, Füzuli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 27 yaşlı Ağayev Bilal Pəhlivan oğlu yolu keçərkən onu maşın vurub və nəticədə o, iki maşının arasında sıxılıb qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ çiynin və belin əzilməsi diaqnozu qoyulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.