Bakıda qayın öz yeznəsini sinəsindən bıçaqlayıb

20-10-2019, 08:55           
Bakıda qayın öz yeznəsini sinəsindən bıçaqlayıb
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində bıçaqlanma olub.

APA-nın məlumatına görə, Axundov küçəsində Bakı sakini 1988-ci il təvəllüdlü Mirzəyev Ramin Yusif oğlu bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun döş nahiyəsindən bıçaqlandığı məlum olub.

Məlum olub ki, hadisəni törədən zərərçəkmişin qaynı - 1992-ci il təvəllüdlü Quliyev Faiq Şahin oğludur. F.Quliyev Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi tərəfindən saxlanılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.