Qanunsuz ov edən ərəblər saxlanılıb - Cərimələnib, Azərbaycandan qovuldular...

8-11-2019, 17:16           
Qanunsuz ov edən ərəblər saxlanılıb - Cərimələnib, Azərbaycandan qovuldular...
"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

H.Əlizadə həmçinin xatırladıb ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru