Minik avtomobili qatarla toqquşdu - Azərbaycanda

12-11-2019, 21:33           
Minik avtomobili qatarla toqquşdu - Azərbaycanda
İmişlidə minik avtomobili qatarla toqquşub.
Teref.az xəbər verir ki, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. /oxu.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.