Sabahdan məktəblərdə dərs olmayacaq

15-11-2019, 10:00           
Sabahdan məktəblərdə dərs olmayacaq
Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.
"Yeni Sabah" xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.

Noyabrın 21-də dərs olacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.