Tovuzlulardan Azərbaycan ordusuna dəstək - Hər kəs sərhədə axışdı

12-07-2020, 21:18           
Tovuzlulardan Azərbaycan ordusuna dəstək - Hər kəs sərhədə axışdı
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib.

Teref.az xəbər verir ki, insanların qarşısını polis alıb.

Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.

Aparılan söhbətlərdən sonra insanlar ərazidən uzaqlaşdırılıb. (BAKU.WS)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.