“Operativ Qərargahın üzləri 6 aydır yatmır” - Komitə sədri

5-08-2020, 13:47           
“Operativ Qərargahın üzləri 6 aydır yatmır” - Komitə sədri
"Burada ümumi fikir söyləməyə ehtiyac yoxdur. Kim korrupsiya ilə məşğul olursa, konkret adı çəkilsin". Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır: “Elə Razi Nurullayevin deputat olduğu rayonun icra başçısı korrupsiyaya görə həbs olunub”.

S.Novruzovun sözlərinə görə, Operativ Qərargahın üzləri 6 aydır ki, yatmır: “Biz hamımız dövlətin, xalqın yanında olmalıyıq”.
Anar Kəlbiyev
Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.