Prezident ona general-mayor rütbəsi verdi - SƏRƏNCAM

20-04-2016, 13:03           
Prezident ona general-mayor rütbəsi verdi - SƏRƏNCAM

teref.az xəbər verir ki, axırıncı əməliyyatlarda göstərdiyi igidliklərə görə təltif olunanlardan biri haqda hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. O, "Feysbuk"da bu barədə yazıb:

"Əziz dostlar! Dünən ölkə başçısının mükafatlandırdığı cəsur və qorxmaz zabitlərimizdən birini Sizə təqdim edirəm. Füzuli rayonu istiqamətində – Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazimizi mənfur və xain düşməndən azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxaran Mais Bərxudarov!

Silahlı Qüvvələrin Ali Baş Komandanı dünən bu gənc və bacarıqlı zabitimizə general-mayor hərbi rütbəsini şəxsən təqdim etdi. Təbrik edirəm dəyərli Mais bəyi və onun əsgər və zabitlərini.

Onu da qeyd edim ki, birləşmə komandiri olmasına baxmayaraq, bu general şəxsən döyüş texnikasının arxasına keçərək mənfur düşmənə qan uddurub. Eşq olsun belə zabit və əsgərlərimizə!

Vətən öz qəhrəman övladlarını tanımalıdır. Allah Azərbaycan əsgərlərini və zabitlərini qorusun!!”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.