Tesla şirkətinin aksiyalarının qiyməti yüksəlir

14-01-2020, 08:11           
Tesla şirkətinin aksiyalarının qiyməti yüksəlir
Dekabrın 13-ü Tesla şirkətinin qiymətli kağızlarının dəyəri ilk dəfə 500 dollar həddini aşıb. NASDAQ mübadilə saytındakı xəbərdə, ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 13:00-a şirkətin səhminin dəyəri bir qiymətli kağız üçün 517,14 dollara, yəni 8.2 faiz yüksəldiyi bildirilib.

Trend-in məlumatına görə, "Market İnsider" - portalında bu yüksəliş dekabrın 13-ü "Oppenheimer" şirkətinin "Tesla"-nın səhmlərinin bir qiymətli kağız üçün 612 dollara çata biləcəyi analitik qiymətləndirilməsinin dərc edilməsi ilə əlaqədardır.

Qiymətləndirilmədə deyilir: "Şirkət əvvəllər çətinliklərlə üzləşsə də, hesab edirik ki, sabit maliyyə axınlarını təmin edə bilən vacib bir mərhələyə çatıb. Yenədə, hesab edirik ki, şirkətin qebul etdiyi risklərin qiymətləndirilməsi sistemi, keçmiş səhvləri qeydə aldığı və iddialı planları, yenilikləri daha sürətlə tətbiq etmək iqtidarında olmayan və ya istəməyən nəqliyyat şirkətləri üçün ciddi təhlükə yaratmağa başlayır".

"The Wall Street Journal" bu qiymətləndirməyə istinad edərək "Tesla"nın elektrik nəqliyyat vasitələrinin inkişafında və akkumulyator batareyaların yaradılmasında "mühüm üstünlüklərə" sahib olduğunu qeyd edir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.