“Günay Bank”ın sədri dəyişdi – rəhbərlikdə təyinatlar var

9-07-2020, 20:58           
“Günay Bank”ın sədri dəyişdi –
“Günay Bank” ASC-nin Müşahidə Şurasının üzvi olmuş şəxs İdarə Heyəti sədri vəzifəsini icra edəcək.
Teref.az bildirir ki, banker.az bunu bankdakı qeyri rəsmi mənbələrinə istinadən xəbər verir.

Bu, Müşahidə Şurasının Sədrinin birinci müavini olmuş Piriyev Baratəli Zülfüqar oğludur. O, Müşahidə Şurası üzvlüyündən çıxaraq İdarə Heyətinə sədr seçilib (icraedici.).

Buna qədər İdarə Heyəti sədri vəzifəsini Əhmədov Zaur Kamil oğlu icra edirdi.

Lakin, bu Müşahidə Şurasında yeni üzv – Budaqov İlham Aslan oğlu seçilib.

Bildirək ki, bankın 17 Oktyabr 2019-cu il tarixində səhmdarlarının bununla bağlı növbədənkənar ümumi yığıncağı keçiriləcəyi və dəyişikliklərin olacağı elan edilmişdi. O tarixdən sonra bankın rəsmi səhifəsində buna dair hər hansısa yenilik baş verməmişdi.

Günay Bank – 1992-ci ildə yaradılıb və 64.91 mln. manat nizamnamə kapitalı var. Kapitalda 52,13% – Mahmud Məmmədov, 40,05% – Yeganə Şirinova, 2,67% – Günay İldırımzadə, 2,31% – Xanım Məmmədova, 1,12% – Samir Cəfərov, 1,10% – Mahir Xəlilov və 0,63% – Əhməd Mehribani (Fransa) adlı şəxslərin payı vardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.