ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb - NƏ BAŞ VERİR?

10-07-2020, 18:04           
ŞOK MƏLUMAT:
ŞOK MƏLUMAT: “Bandotdel”-in KTN əməliyyatı sırasında nazir müavinləri bir-birini bıçaqlayıb
“Bandotel”in dünən KTN-də apardığı əməliyyat barədə ilginc məlumatlar əldə etmişik.

Hurriyyet.org-a daxil olan məlumata görə, korrupsiya faktının ortaya çıxması nazirlikdə ciddi insidentə səbəb olub.

Korrupsiya əməlində nazirin 3 müavini günahlandırılır. Onlardan biri qadındır. Qadının kimliyi bizə məlum olsa da, əməlini zərif cinsin təmsilçiliyinə keçib adını hallandırmırıq. Digər iki müavinlərdən biri İlham Quliyev, digəri isə Elçin Zeynalovdur. Elçin Zeynalovun İnam Kərimovla birlikdə “ASAN Xidmət”dən KTN-nə transfer edildiyi bildirilir.

Əldə etdiyimiz ən ilginc məlumat isə əməliyyatdan əvvəl müavinlərin bir-biriylə qovğa etməsidir. İddialara görə, dava o qədər şiddətli olub ki, müavinlərdən biri hətta bıçaq yarası alıb. “Bandotel” əməkdaşlarının əməliyyatı bir qədər də yubansaymış, KTN-də qan su yerinə axacaqmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru