Deputatdan Əhməd Əhmədzadəyə: - “Sizinlə bağlı çıxışımı payıza saxlamayacağam”

12-08-2020, 14:32           
Deputatdan Əhməd Əhmədzadəyə: -
Milli Məclisin üzvü, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev İmişlinin su probleminə yenidən diqqət çəkib.

Cebhe.info xəbər verir ki, Razi Nurullayev problemlə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciət edib:

“İmişlinin Cəfərli və Axıcanlı kəndləri səhraya dönür. Çünki 2.5 km-lik beton kanal smeta tutulmasına baxmayaraq, düz 9 ildir ki, tikilmir. 76 yaşlı Xəlil kişi demişkən, hər iki kənd səhraya dönəcək. Əhməd müəllim, bir götür-qoy edin, görün haralarda səhvlər buraxmısınız, nələr edilməlidir, rayonlarda olan rəhbər işçilərinizə, həm də özünüzə deyin ki, hər şey pulla, var-dövlət ilə ölçülmür. İnsanları razı salmaq lazımdır. Sizinlə bağlı çıxışımı payıza saxlamayacağam”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.