“Yeni xərac toplama şəbəkəsi yaradılır?” – Sabiq Baş nazir Operativ Qərargahdan cavab istəyir

15-08-2020, 12:58           
“Yeni xərac toplama şəbəkəsi yaradılır?” – Sabiq Baş nazir Operativ Qərargahdan cavab istəyir
“"Qanun" nəşriyyatına polisin "karantin qaydalarına əməl olunmasını yoxlamaq" adı ilə keçirdiyi "reyd" bu sahədə son dövrdə müşahidə olunan çox təhlükəli meyillərdən xəbər verir”.

Cebhe.info-nun xəbərinə görə, bunu sabiq Baş nazir, AXP sədri Pənah Hüseyn bildirib: “DİN rəsmisinin "Qanun nəşriyyatı qapalı müəssisədir, ona görə polisin bura daxil olub yoxlama aparması qanunidir" şərhi isə bunun sıravi polis özfəaliyəti olmadığını göstərir. Bütün qapalı məkanları əhatə edən yeni bir xərac toplama şəbəkəsi yaradılır? Ümumiyyətlə, qapalı istehsalat müəssisələrində pandemiyaya qarşı polis reydlərinin məncə dünyada analoqu yoxdur. Bu, həm də maska və sosial məsafə tələbi yoxlayanlara aid deyil”.

Pənah Hüseynin fikrincə, Qərargah bu məsələyə müdaxilə etməli, fəaliyyətinə icazə verilən istehsalat və digər qapalı müəssisələrdə karantin qaydalarına əməl olunması və bunun yoxlanılması məsələlərinə aydınlıq gətirməlidir: “Məsələn, işçilər butün qapalı müsəssiələrdə maska taxmalıdırlarmı və deyək ki, metaləritmə sexində maska və sosial məsafə necə olmalıdır, istehsal prosesi buna imkan vermirsə nə olsun və s.”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.