Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək

27-09-2020, 20:27           
Pentaqonda çalışan azərbaycanlı polkovnikdən Azərbaycana dəstək
Ərazi bütövlüyünü təmin etmək Azərbaycanın və bütün dövlətlərin doğal haqqıdır. Pentaqonda, ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi Baş Qərargahı Planlar, Strateji, və Siyasət şöbəsi, NATO/Avropa bölmə müdiri - ABŞ Dəniz Qüvvələrində "Con" ləqəbi ilə tanınan - əslən azərbaycanlı komandir Nəimi Amiral Azərbaycan ordusuna dəstək verib.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verir ki, azərbaycanlı komandir Azərbaycan dəstəklə bağlı öz feysbuk hesabında status yazıb.

“Təəssüf Azərbaycanın sülhsevər addımları bugünədək qarşılıqsız qalmışdır. Evlərindən obalarından olmuş ailələrimizin tezliklə öz yurdlarına qayıda bilməsini səbirsizliklə gözləyirik. Xeyirli və uğurlu olsun!”,-deyə N.Amiral bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.