Əvəz Zeynallıya ailəsi ilə görüş verilmir

27-09-2022, 00:00           
Əvəz Zeynallıya ailəsi ilə görüş verilmir
Həbsdə olan "Xural" saytının rəhbəri Əvəz Zeynallının ailəsi ilə görüş verilmir.

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Əvəz Zeynallıya onunla rəsmi qaydada görüşə qadağan olunub. “Hətta telefon danışıqlara icazə verilmir. Mən artıq 20 gündür onunla danışmıram Bu da bir daha sübut edir ki, iş siyasidir və Əvəz Zeynallını susdurmaq məqsədini güdür”.

O, qeyd edib ki, axtarış zamanı Əvəz Zeynallının evindən maddi vəsait götürülüb. “Bu, bizim ailə büdcəmizdir, o təkcə Əvəz Zeynallıya aid deyil ki. Aparılıb və mən 20 gündür ki, bu adamlara deyə bilmirəm ki, qaytarın. Gah deyirlər ki, banka depozitə qoymuşuq, gah başqa nəsə deyirlər. Görünür ki, burada məqsəd Əvəz Zeynallıya bacardıqca təsir, təzyiq etməkdir”.

Məlahət Zeynallının sözlərinə görə, jurnalistin səhhəti yaxşı deyil. “Mənə dərman adını yazıb veriblər ki, bunu alım vəkil vasitəsilə çatdırım. Bu, göz üçün dərmandır. Əvəz Zeynallı şəkər xəstəliyindən müalicə alırdı, indi müalicəni etdirib-etdirmədiyini bilmirəm. Həm də görünür ki, gözü zəifləməyə başlayıb. Gözündə təzyiq olduğu üçün çox güclü baş ağrıları olur onda.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən isə Turana bildirilib ki Cinayət-Prosessual tələblərinə uyğun olaraq istintaq orqanı tərəfindən görüş üçün hər hansı məhdudiyyət tədbiq olunmamışdır.
aztoday.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.