Sonda müharibənin necə bitdiyi hər kəsə bəllidir.

5-10-2022, 19:26           
Sonda müharibənin necə bitdiyi hər kəsə bəllidir.
Putinin qismi səfərbərlik qərarından sonra Rusiyadan 1 milyondan çox gəncin xaricə qaçdığı bildirilir. Məntiqlə bunları da Rusiyanın itirdiyi əsgərlər siyahısına yazmaq lazımdır.
Ukraynanın dediyinə görə, indiyədək 60 mindən çox rus əsgəri öldürülüb. Bunun üzərinə bir də 3 qat artıq yaralıları və 1 milyon fərrarini gələndə dəhşətli rəqəmlər ortaya çıxır.
Kimlərsə hələ də Rusiyanın geri çəkilişini taktiki hiylə olaraq qiymətləndirir və rusların qələbə çalacağına inanır.
Biz elə "taktiki geri çəkilişləri" və "qələbələri" 44 günlük müharibədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyanın dilindən çox eşitmişdik.
Sonda müharibənin necə bitdiyi hər kəsə bəllidir.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.